Yeni qan qrupu kəşf edildi

Yeni qan qrupu kəşf edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Qan Fondu “Qvada mənfi” adlı yeni bir qan qrupu təyin etdiklərini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, kəşf qrupunun üzvü Terri Peyrard, “Bu, şübhəsiz ki, dünyada yeganə məlum hadisədir. Dünyada yeganə qan ürupudur”, – deyib.

Qeyd edək ki, Fransanın Qan Təchizatı Agentliyi elan edib ki, Karib dənizindəki Qvadelupa adasından olan bir fransız qadın “Qvada mənfi” adlı yeni qan qrupunun yeganə məlum daşıyıcısıdır.

Eyni zamanda bildirilib ki, Fransız təşkilatı cümə günü araşdırmaçıların 15 il əvvəl əməliyyatdan əvvəl təkrarlanan testlərdən keçən sözügedən xəstədən qan nümunəsi aldıqlarını və kəşfin illər sonra edildiyini açıqlayıb.

Dəniz Pənahova