Yeni pandemiya qapını döyür – Ölümcül və yoluxucu

Yeni pandemiya qapını döyür – Ölümcül və yoluxucu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da inəklər arasında yayılan və insanlara keçən H5N1 quş qripi virusunda mutasiya əlamətləri müşahidə olunur.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, mütəxəssislər “quş qripi qapımızı döyür, hər an yeni bir pandemiya başlaya bilər”, – deyib.

“Science” jurnalında dərc edilən araşdırmada ABŞ-da inəklərə təsir edən quş qripi virusunun insanlar arasında daha təsirli şəkildə yayılmasının yalnız bir mutasiya olduğu bildirilib.

ABŞ-da inəklər və yoluxmuş insanlar arasında yayılan quş qripi mutasiya əlamətləri göstərdikdən sonra səhiyyə mütəxəssisləri H5N1 pandemiya təhlükəsi barədə xəbərdarlıq ediblər. ABŞ-da quş qripi diaqnozu qoyulan 58 nəfərdən iki nəfərin heyvanlarla təması olmadığı təsbiti narahatlıqları artırıb.

Ceyran