“Yeni Klinika” publik hüquqi şəxsi dəftərxana ləvazimatları alır.
Pravda.az-ın xəbərinə görə, klinika 110 ədəd A5 dəftərxana kitabı, 715 paçka qeyd kağızı, 8 250 ədəd qələm (Tünd göy, diyircəkli, 0.7 mm), 55 ədəd masaüstü qələm (Diyircəkli, spirallı, masaüstü qələm, 0.7 mm, bəyaz, qapağı üçbucaqlı, üzərinə loqo vurma ilə), 110 ədəd sadə qələm (pozanlı) almaq üçün 77 437 AZN xərcləyəcək.
“Yeni Klinika” bu məqsədlə “VNM İnvest” MMC ilə müqavilə bağlamağı planlaşdırır.
Qeyd: Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Arif Susaməddin oğlu Rzayevdir.