Yeni ili qızı ilə keçirməyə gedirmiş

Yeni ili qızı ilə keçirməyə gedirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları”​nın qəzaya uğramış təyyarəsinin sərnişinlərindən birinin əri Bəşir İgidov həyat yoldaşı Nərminə ilə əlaqə saxlaya bilmədiyini və onun vəziyyətindən xəbərsiz olduğunu bildirib.

Tribunainfo.az xəbər verir ki, o, bu barədə “İzvestiya”ya açıqlamasında deyib.

“Hələ heç nə bilmirəm, şok vəziyyətindəyəm. Minməzdən əvvəl böyük qızımız onunla danışmışdı. Vəssalam, başqa heç nə bilmirik”, – deyə o bildirib.

B.İgidov deyib ki, qadın Bakıdan tək uçub. Onun sözlərinə görə, həyat yoldaşı bayram günlərində qızına qonaq gedirmiş. O, deyib ki, Nərminə son dəfə səhər onlayn olub.

“O, (red. – Nərminə) məni orada gözləməli idi. Yanvarda yanlarına getmək istəyirdim”, – Bəşir İgidov bildirib.

Qeyd edək ki, REN TV-nin açıqladığı həlak olan Rusiya vətəndaşlarının ilkin siyahısında Nərmin İgidovanın da adı yer alıb.

Xatırladaq  ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.