Yeni ildən etibarən vətəndaşlar banklardan nağd şəkildə kredit ala bilməyəcəklər. Tribunainfo.az xəbər verir ki, artıq bununla bağlı banklara təlimat göndərilib.
Məlumatda deyilir ki, yeni ildən kredit almaq üçün müraciət edən şəxslərə müsbət cavab verildikdən sonra ayrılacaq vəsait bankın özünün müəyyən etdiyi karta köçürüləcək. Bunun üçün kredit alandan 5 manat haqq tutulacaq. Bundan başqa, həmin şəxs aldığı krediti nağdlaşdırmaq istəyərsə, bunun üçün 0.6 faiz ödəniş etmək məcburiyyətində qalacaq.
Bankdakı mənbələr bildirir ki, bu təlimatı Dövlət Vergi Xidməti müəyyən edib. Məqsəd isə alınan pullara nəzarət etməyin müəyyən edilməsidir.
Fərda Uğur










