“Güman edirəm ki, qarşıdakı ildə Ermənistanın ərazi itkiləri olacaq. Bununla bağlı razılaşma çoxdan əldə olunub”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Alen Qevondyan deyib.
Onun sözlərinə görə, vəziyyətdən asılı olaraq Zəngəzur dəhlizi təkcə yol deyil, bütün Sünik mənasını verə bilər.
Qevondiyan iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyanın dəyişdirilməsi ilə bağlı konkret tapşırıqlar verib. “Paşinyan heç bir hüququ olmayan Ermənistan Konstitusiya Məhkəməsinin bəzi üzvlərinə referendum keçirmədən konstitusiyanın dəyişdirilməsinin yolunu tapmalarını tapşırıb”.