Yeni ildə 5 gün iş olmayacaqbackend

Yeni ildə 5 gün iş olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.

Tribunainfo.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.