backend

Yeni həmsədr İrəvanda erməni jurnalistləri pərt etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni jurnalistlər İrəvana səfərdə olan ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Riçard Hoqlanda təxribat xarakterli sual ünvanlayıb. Erməni jurnalistlər İrəvana səfərdə olan ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Riçard Hoqlanda təxribat xarakterli sual ünvanlayıb.

TİA.AZ “news.am”-a istinadən xəbər verir ki, ermən jurnalistlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini demokratik institutları və seçki mexanizmi olan “müstəqil dövlət” kimi təqdim ediblər.

Hoqlandın isə cavabında bildirib: “Birləşmiş Ştatlar Dağlıq Qarabağı tanımır. Onu, Ermənistan da daxil olmaqla heç bir ölkə de-fakto tanımır”.

Amerikalı həmsədr bildirib ki, ATƏT-in Minsk qrupu atəşkəs rejiminə əməl etmə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsi daxil olmaqla bir sıra vacib məsələlərin müzakirəsi məqsədilə tezliklə prezidentlər və xarici işlər nazirləri arasında görüşün təşkil olunması üzrə işləri davam etdirir.