Yeni fırıldaqçılıq növü: İnsanları bu yolla aldadırlar – XƏBƏRDARLIQbackend

Yeni fırıldaqçılıq növü: İnsanları bu yolla aldadırlar – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar saxta investisiya və maliyyə təkliflərinin sayı xeyli artıb. Maliyyə fırıldaqçıları üçün əsas auditoriya isə sosial şəbəkələrdir.

Fırıldaqçılar gənc istifadəçilər, yaşlı nəsil, daha az maliyyə biliyi olan vətəndaşlar və ya iş axtaranları bu platforma üzərindən cəlb edə bilirlər. Onlar bu cür insanları tapmaq üçün sosial şəbəkələrin data analitikasından yararlanırlar. Bəs görəsən, vətəndaşlar bu kimi təhlükələrlə qarşılaşmamaq üçün hansı nüanslara diqqət etməlidir?

Tribunainfo.az  xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov bildirib ki, hazırki şəraitdə bu kimi problemlərin önləyəcək hansısa tətbiq və ya proqram yoxdur:

“Bu kimi problemlərin qarşısını alacaq tətbiq və ya proqram mövcud deyil. Provayderlərin təhlükəsiz internetə qoşulması mövcuddur, orada isə trafik əvvəlcədən filtrasiya olunur. Amma təhlükəsizliyin əsas prinsipi odur ki, heç kim heç vaxt heç kəsə şəxsi məlumatlarını verməsin”.

Ekspert qeyd edib ki, vətəndaşlar şəxsi məlumatlarını heç bir formada hansısa oyun saytında və ya mərc platformasında açıq şəkildə qeyd etməməlidir:

“Əgər adam öz əli ilə kredit kartının məlumatlarını mərc, kazino və ya başqa bir saytda daxil etsə, dələduzluqdan danışmasın. Təqsir özündədir. Vətəndaşlar mütləq şəkildə belə nüanslara diqqət etməlidir”.