Yeni epidemiya dayandırıla bilmir – Təhlükə qapıda

Yeni epidemiya dayandırıla bilmir – Təhlükə qapıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Əkinçilik Odaları Birliyinin sədri Şəmsi Bayraktar Qurban bayramında heyvanların hərəkətliliyinin heyvan xəstəliklərinin artmasına səbəb olduğunu ifadə edərək, görülən bütün tədbirlərə baxmayaraq bu il də davam edən dabaq xəstəliyinin çox daha ölümcül və təhlükəli olduğuna diqqət çəkib.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, 2025-ci ilin kənd təsərrüfatı sektoru üçün fəlakət ili olduğunu bildirən Bayraktar xəstəliyin heyvandarlığa vurduğu ziyana diqqət çəkib.

“Bu il şaxta, dolu, quraqlıq kimi təbii fəlakətlər, həmçinin sürətlə yayılan dabaq xəstəliyi səbəbindən 81 vilayətin hamısında mal-qara bazarları bağlanıb, zərərçəkmiş ərazilərdə heyvanların hərəkəti dayandırılıb. Bu il Qurban bayramında heyvanların hərəkətinin artması epidemiyaların artmasına səbəb olub. Mal-qarada qızdırma, iştahsızlıq, depressiya, ət və süd məhsuldarlığının azalması kimi ilkin simptomlarla özünü göstərən dabaq xəstəliyi qoyun və keçilərdə ümumiyyətlə daha yüngül keçir. Xəstəlik adətən aşağı ölüm nisbətinə malik olsa da, onun ötürülmə sürəti yüksəkdir. Ancaq Kənd Təsərrüfatı Palatalarımızdan verilən məlumata görə, bu il dabaq xəstəliyi daha ölümcül və təhlükəlidir”, – Bayraktar bildirib.

 

Dəniz Pənahova