Yeni doğulan körpəsini və həyat yoldaşını öldürməyə cəhd etdi

Yeni doğulan körpəsini və həyat yoldaşını öldürməyə cəhd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Doğuşdan sonra o, daimi kabuslar görürdü. İş o yerə çatıb ki, artıq yatmaq belə istəməyib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, 40 saat yuxusuz qalan gənc qadın, yaşadığı psixozun təsiri ilə az qala yeni doğulan körpələrini və ərini öldürəcəyini bildirib.

İngiltərədə qeydə alınan hadisəyə görə , Laura adlı qadın 40 saatlıq yuxusuzluqdan sonra doğuşdan sonrakı psixoz keçirməyə başlayıb və ərini və yeni doğulmuş körpələrini öldürməyə cəhd edib.

Yerli televiziya kanalına danışan 35 yaşlı qadın halüsinasiyalar görməyə başladıqdan sonra əri və körpəsi ilə birlikdə olmağın yeganə yolunun “onları öldürmək” olduğuna inandığını deyib.

Bir markada ofis meneceri işləyən qadın daha əvvəl heç bir psixi problem yaşamadığını da vurğulayıb.