Milli Məclis yeni mövsümə hazıerlaşır. Tribunainfo.az xəbər verir ki, parlament bununla bağlı abadlıq və təmir işlərinə start verib.
Belə ki, Milli Məclis bu günlərdə iki tenderə yekun vurub və qalibi müəyyən edib. Həmin tenderlərdən biri parlamentin inzibati binalarında, həyətyanı sahəsində və avtoparkında cari təmir işlərin görülməsi ilə bağlıdır. Bununla əlaqədar “ATLANTİS CONSTRUCTİON GROUP” MMMC ilə 121.639,32 manatlıq satınalma müqaviləsi imzalanıb.
Lakin parlament inzibati binalarda və həyətyanı sahədə istifadə olunacaq santexnika mal-materiallarının, fəvvarələr üçün avadanlığın ehtiyat hissələrinin, hovuz üçün kimyəvi məhlulların, sənaye kondisionerləri və ventilyasiya sistemləri üçün ötürücü kəmərlərin (tekstropların), fankoyllar üçün ehtiyat hissələrinin, qazanxana və nasosxanalarda istifadə olunacaq avadanlıqların və ehtiyat hissələrinin satın alınmasını da reallaşdırmaq fikrindədir. Tribunainfo.az xəbər verir ki, Milli Məclis bu müqaviləni də “ATLANTİS CONSTRUCTİON GROUP”la bağlayıb. Həmin müqavilənin dəyəri isə 64.537,03 manat təşkil edir.