YENİ AİLƏ QURANLARA EVLİLİK KREDİTİ VERİLƏCƏK? – AÇIQLAMA

YENİ AİLƏ QURANLARA EVLİLİK KREDİTİ VERİLƏCƏK? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ailə qurmaq istəyən gənclərə evlilik krediti veriləcək. Qanun layihəsinə əsasən, Türkiyənin neft, təbii qaz və mineral ehtiyatlardan əldə etdiyi gəlirin 20 faizi ölkənin Xəzinə və Maliyyə Nazirliyi nəzdində yaradılacaq fonda köçürüləcək. Ölkədə yeni ailə quran gənclərə fond tərəfindən 150 min Türk lirəsi məbləğində faizsiz kredit veriləcək. Gənclər krediti ilk iki il güzəştli, dörd il ərzində isə geri ödəmək şərti ilə ala biləcəklər. Maraqlıdır, bizdə niyə qardaş ölkədə olduğu kimi sosial layihələr icra olunmur?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Lalə Mehralı bildirib ki, “sosial layihə əgər həqiqətən sosialyönlü olacaqsa əlbəttə icra edilə bilər. Baxır şərtlər necə olacaq, geri ödəmə tələbi varmı, kreditin faiz dərəcəsi qane edəcəkmi edici olacaqmı?
Sosioloqun sözlərinə görə, şərtlər uyğun olacaqsa, gənclərin ailə qurmasına əhəmiyyətli dəstək verilə bilər. Kredit faizləri olmasa, ya da çox aşağı olarsa, ödəmə şərtlərində güzəştlər edilsə, gənclər bundan yararlana bilərlər, evsizlik problemini həll edərlər. Ümumilikdə yaxşı təşəbbüsdür. Mən nə gənclərin, nə ailələrin, nə də ümumiyətlə vətəndaşların kreditdən asılı qalmalarının tərəfdarı deyiləm. Çünki bizdə çox yüksək faizlə kreditlər verilir. Kreditə daxil olan ordan ya çox çətinliklə çıxır, krediti çətinliklə ödəyib bitirə bilir, ya da heç çıxa bilmir. Amma faizsiz evlilik kreditləri verilsəydi, əlbəttə gənclərə böyük köməyi olardı. Amma yüksk faizlə veriləcəksə və ertəsi gün gənc ailə kredit borcunun altında əziləcəksə, heç bir faydası olmayacaq. Bizdə sosial evlər layihəsi vardı, özünü doğrultmadı. MİDA-nın mənzil satışı da biabırçı nəticə verir. Halbuki gənc ailələr həm sosial evlərə, həm ipoteka ilə, həm də MİDA ilə təklif olunan evlərə böyük ümidlər bağlamışdı. Kreditlər də elə verilməlidir ki, sonra da onu qaytarmaq üçün mənzillərini təkrar banka girov qoymalı olmasınlar, əllərində nə varsa satmalı olmasınlar.