Nizami rayonunda inşa edilən “Yeni Ailə” Mənzil Tikinti Kooperativindən mənzil alan vətəndaş məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən MTK ilə bağlı iddianı Məmmədova Səbinə İdrak qızı qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər borc müqaviləsi üzündən problem yaşayır.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. 10 oktyabr tarixində hakim Qumru Əliyevanın sədrliyi ilə işə baxılacaq.
Roman