Yenə qar yağacaq, yollar buz bağlayacaq – SABAHIN HAVASI

Yenə qar yağacaq, yollar buz bağlayacaq – SABAHIN HAVASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Tribunainfo.az-ya Milli Hidrometeorologiya Xidmətdən məlumat verilib.

Bakı və Abşeronda hava proqnozu

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz saatlarında yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə və gündüz 70-75% olacaq.

 

Rayonlarda gözlənilən hava şəraiti

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi bölgələrdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Yollar buz bağlayacaq?

Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.