Yəməndə separatçılar dövlət əhəmiyyətli binaları ələ keçirdilər

Yəməndə separatçılar dövlət əhəmiyyətli binaları ələ keçirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin müvəqqəti paytaxtı Adendə separatçılar hökumət qərargahını, hərbi düşərgəni və məhkəməni ələ keçiriblər.

TİA.AZ xəbər verir ki, qarşıdurmalar separatçıların tələblərini yerinə yetirilməsi üçün hökumətə verdikləri vaxtın bitməsindən sonra başlayıb. Belə ki, onlar hökümətdən yanvarın 28-dək istefa verməyi tələb edirdilər.

Bu baş vermədikdə Cənubi Yəmən şöbəsinin tərəfdarları hakimiyyəti ələ keçirməyə cəhd göstərib. Yəmənin baş naziri Əhməd bin Darq tərəfləri qarşıdurmaları dayandırmağa və dialoqa çağırıb.