ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı “Ənsar Allah” hərəkatının husilərinin hədəflərinə dəfələrlə hücumlar həyata keçirib. Tribunainfo.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan Al Masirah telekanalı məlumat yayıb.
Xodeyda və Səada əyalətlərinin hücuma məruz qaldığı qeyd edilir.
Xodeyda əyalətinin Ras İsa limanı və Əl-Zeydiya şəhəri ərazisində azı 11, Saada əyalətinin inzibati mərkəzinə isə daha 4 zərbə endirilib.
Xatırladaq ki, son günlər ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənə, o cümlədən ölkənin paytaxtına qarşı bir sıra hücumlar həyata keçirib.