“Yelo Bank” ölən adamın adına borc yazıb – FAKT

“Yelo Bank” ölən adamın adına borc yazıb – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir neçə il əvvəl yaxın qohumum “Yelo Bank”dan zaminsìz 3000 manat istehlak krediti götürüb. 2022-ci ilin noyabrında onkoloji xəstəlikdən dünyasını dəyişib. Vəfat edənədək banka 3000 AZN ödəniş edib”.

Tribunainfo.az xəbər verir ki, bunu mərhumun yaxın qohumu Vüsal Əzizov deyib.
O bildirib ki, bankdan borc götürən xanımın oğluna zəng edib deyiblər ki, mərhumənin 1800 manat borcu qalıb. “Anasının ölüm şəhadətnaməsini aparıb banka təqdim edib. Vəfat edən şəxsin adına heç bir daşınar və ya daşınmaz əmlak yoxdur ki, bank borcu ora yönəltsin. Buna görə də bankdan zəng edib oğluna borcu odəməyini tələb edirlər”.
Şikayətçi bildirir ki, mərhumənin oğlu rəsmi olaraq işsizdir. “Fəhləlik edib, gündəlik ehtiyaclarını qarşılayır. Özü də acınacaqlı vəziyyətdə yaşayır. Deyiblər məhkəməyə verəcəyik. Oğlunun da adına heç bir əmlək, maşın yoxdur. Belə olan halda borcalanın oğlu hər hansı məsuliyyət daşıyır?”
Qeyd edək ki, son zamanlar “Yelo Bank”dan çoxlu sayda şikayətlər edilir. Bankın bir çox hallarda qanunazidd şəkildə hərəkətlərindən əziyyət çəkənlər çarəni mediaya üz tutmaqda görürlər. Çünki başqa şəkildə “Yelo Bank”la mübarizə aparmaq mümkün deyil.
Hüquqşünas Mamed Səlimov bildirir ki, əgər borclu şəxsdən vərəsələrinə
heç bir miras qalmayıbsa, bank heç bir şey edə bilməz. O hesab edir ki, “Yelo Bank” məhkəməyə müraciət etsə belə, prosesi udması mümkün deyil.
Maraqlı məqamlardan biri isə dünyasını dəyişmiş şəxslərin banka olan kredit borclarının sığorta şirkəti tərəfindən ödənilməsidir. Mütəxəssislər Tribunainfo.az-a bildirirlər ki, əgər şəxs vəfat edibsə və adına mülk, əmlak yoxdursa, habelə ondan vərəsələrinə hər hansı miras qalmayıbsa, kredit borcu sığorta şirkəti tərəfindən ödənilməlidir. “Bunun üçün hər bir bankın sığorta şirkəti ilə müqaviləsu olur. Onsuz da sığortadan pulu alırlar. Sadəcə, fikirləşirlər ki, görək, varisdən də nəsə qopara bilərikmi”.