“Yelo Bank” Mirsəmədi geri qaytardı: Adınız UZUNDUR, hesab aça bilmərik…

“Yelo Bank” Mirsəmədi geri qaytardı: Adınız UZUNDUR, hesab aça bilmərik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank”da özünə hesab açdırmaq istəyən teleaparıcı Mirsəməd Cəfərliyə adının uzun olmadına görə hesab açmayıblar.

Tribunainfo.az xəbər verir ki, bu barədə teleaparıcı özü sosial media hesabında yazıb:

“Başıma gələn vaqeəni sizinlə bölüşüm, siz də agah olun.
“Yelo Bank” adlı özəl bank var. Getmişdim həmin banka, onlarda hesab açmağa.
Növbəm çatdı, xanıma gəlişimin məqsədini dedim. Məlumatları sistemə daxil etdi, telefonuma xəbərdarlıq da gəldi.

Elə bu dəmdə xanım deyir ki, müəllim, sistem sizi qəbul etmir.
Duruxub qaldım:
-Nə deyib, etmir?
-Deyir adınız uzundur, qəbul etmir.

Bir neçə saniyə bu məlumatı beyində emal etməyə getdi:
-Ay xanım, mənim adım, səkkiz hərfdən ibarətdir. Bu adı qəbul etmirsə, məsələn İsfəndiyar və ya Məsməxanım gəlsə, onda gərək onları heç qapıdan buraxmayasınız ki…

Dedim filial müdiri ilə danışmaq istəyirəm. Xanım getdi, müdirlə gəldi, o da dedi ki, mən illərdir bank sferasındayam, amma belə halla ilk dəfə rastlaşıram. Biz, bu sistemi hazırlayan şirkətlə danışarıq, görək niyə belə olur. Hələliksə, bağışlayın, amma sizə hesab aça bilmirik. Mütləq geri dönüş edəcəyək.

Getdim, ondan da yaxşı şərtlərlə başqa bankda hesab açdım.

Adında səkkiz və ya daha çox hərfi olan şəxslər, “Yelo Bank”a getməzdən əvvəl, bir yoxlayın, sistem sizi qəbul edir ya yox?”.

Nigar