“YELO BANK” KEÇMİŞ İŞÇİSİNİN ŞİRKƏTİ İLƏ MƏHKƏMƏ DAVASINDA…

“YELO BANK” KEÇMİŞ İŞÇİSİNİN ŞİRKƏTİ İLƏ MƏHKƏMƏ DAVASINDA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo bank” Ali Məhkəmədə iddia qaldırıb. Tribunainfo.az məlumat verir ki, bank “Nikoyl lizinq kompaniyası” adlı şirkətlə çəkişmədədir. Buna qədər Bakı Kommersiya Məhkəməsində bankın vəsatəti rədd edilmişdi. İndisə “Yelo bank” Ali Məhkəməyə üz tutub və işə iyulun 24-də hakim Kəmalə Abiyeva sədrlik edib. Tərəflər müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə edirlər. Qeyd edək ki, şirkətin təsisçisi Elşən Babayevdir. O, vaxtilə “Nikoil bank”da çalışıb və sonra şirkət təsis edib. Həmin “Nikoil bank” adını dəyişərək indi “Yelo bank” kimi fəaliyyətdədir. İddialara görə, bank “Lukoil”ib sahibi, Rusiyada olan milyarder Vahid Ələkbərova məxsusdur.

Tribunainfo.az