“Yelo Bank”ın məhkəməyə verdiyi şikayət qeyri-mümkün hesab edildi

“Yelo Bank”ın məhkəməyə verdiyi şikayət qeyri-mümkün hesab edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” Gəncədə bir qrup vətəndaşı məhkəməyə versə də, şikayəti qeyri mümkün hesab edilib.

Tribunainfo.az xəbər verir ki, bank 6 Gəncə şəhər sakini ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəməyə verilənlər Əliyeva Vəfa, Cabbarlı Oqtay, Əliyev Fariz, Əliyev Vaqif, Mustafayev Namiq, Əliyev Elşəndir.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bank kredit müqaviləsi problemi səbəbindən məhkəməyə müraciət edib.
Ancaq prosesdə əldə edilən ilkin nəticəyə əsasən “Yelo Bank”ın şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılıb.
5 iyun tarixində Gəncə Apellyasiya Məhkəməsində hakim Şamil Rzaquliyevin sədrliyi ilə ərizəyə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar