“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” ASC-nin 2024-cü ilin birinci yarısında öhdəliklərinin həcmi 999 milyon 147 min manat olub.

Valyuta.az bankın hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin sonu ilə müqayisədə 468 milyon 237 min manat və ya 31,9 % azdır. 2023-cü ilin sonunda bankın öhdəliklərinin həcmi 1 milyard 467 milyon 384 min manat olub.

Bu dövrdə bankda müştərilərin depozitləri ötən ilin sonu ilə müqayisədə 484 milyon 255 min manat, yaxud da 37,5 % azalaraq 807 milyon 768 min manat təşkil edib. Ötən ilin sonunda bankda depozitlərin həcmi 1 milyard 292 milyon 23 min manat idi.

Fiziki şəxslərin depozitləri 634 milyon 408 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 62 milyon 981 min manat və ya 11 % çoxdur. Ötən ilin sonunda bankda fiziki şəxslərin depozitlərinin həcmi 571 milyon 427 min manat təşkil edib.

Hüquqi şəxslərin (şirkətlər) depozitləri isə ötən ilin sonu ilə müqayisədə 547 milyon 236 min manat, yaxud da 76 % azalaraq 173 milyon 359 min manat təşkil edib. 2023-cü ilin sonunda şirkətlərin bankdakı depozitlərinin həcmi 720 milyon 595 min manat olub.

Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 8 milyon 204 min manat və ya 9 % artaraq 99 milyon 478 min manat təşkil edib. Ötən ilin sonunda bu rəqəm 91 milyon 274 min manat idi.

“Yelo Bank” ASC-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri isə 6 milyon 820 min manat, yaxud da 22,3 % azalaraq 23 milyon 721 min manat olub. 2023-cü ilin sonunda bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 30 milyon 541 min manat təşkil edib.

Bankın subordinasiya borc öhdəlikləri dəyişməyərək 34 milyon manat olaraq qalıb.

ASC-nin digər öhdəlikləri 34 milyon 179 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 7 milyon 865 min manat və ya 29,9 % çoxdur. Keçən ilin sonunda bu rəqəm 26 milyon 314 min manat olub.