“Yelo Bank” göstərmədiyi xidmətə görə pul tələb edir – Şikayətbackend

“Yelo Bank” göstərmədiyi xidmətə görə pul tələb edir – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” vətəndaşa göstərmədiyi xidmətə görə haqq tələb edir.

Tribunainfo.az xəbər verir ki, bu problemlə Rəşad Balayev üzləşib. O bildirib ki, “Yelo Bank” nə ona göndərilən pulu qəbul edir, nə də geri qaytarır:

“Koreyadan mənim hesabıma750 usd pul göndəriblər. “Yelo Bank” pulu qəbul etmir, geri də qaytarmır ki, xidmət haqqı tutulacaq. Bu nə dərəcədə doğrudur? Pulu qəbul etməməyin səbəbi odur ki, tələb edirlər ki, onlara bu pulun niyə göndərildiyi ilə bağlı əsas göstərməliyik. Geri də qaytaranda xidmət haqqı tutulacağını deyirlər. Göstərilməyən xidmətə görə haqq tutmaq nə dərəcədə düzgündür?”.

Yazıda adı çəkilən bankın mövqeyini işıqlandırmağa hazırıq.

Roman