“Şikayətim “Yelo Bank”dandır”. Dia-az.İnfo xəbər verir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: ” “Yelo bank”a məxsus “Visa Premium” kartı əldə etmişdim. Əldə edən gündən hər gün zəng etməyimə baxmayaraq proqramları işləmir. Kart götürəndə belə problemlər yaşayacağımı bilmədiyimiz üçün nişanlım üçün də kartın pulsuz olmasına görə 3000 Azn mədaxil edərək kart sifariş etdik. Günlərdir kartın balansı 0 AZN-dir. Kartı götürən anda Xalqlar filialına yaxınlaşdıq ki, balans sıfırdır, əvəzində bankın savadsız əməkdaşları bildirdi ki, saat 20:00-dan sonra köçəcək və təbii ki köçmədi. Növbəti gün çağrı mərkəzinə zəng edəndə bildirdi ki, vəsaiti 1-ci gün (26.08.2024 tarixində) əldə edə bilərsiniz. Nəticə isə eyni. Banka mədaxil edilən vəsait yoxa çıxıb. Yenidən Xalqlar filialına yaxınlaşdıq, bildirildi ki sabah yaxınlaşaq. Niyə sizin problemlərinizə görə hər gün hər gün filiala yaxınlaşmalıyıq?? Burdan “Yelo bank” əməkdaşlarının rəsmiləri varsa , bildirirəm ki, şikayətə baxılmasa Mərkəzi Banka müştəriyə məxsus vəsaiti bank tərəfindən mənimsəməsiylə əlaqədar şikayət ediləcək…”