“Yelo Bank” daha iki ailənin evini əlindən alır

“Yelo Bank” daha iki ailənin evini əlindən alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli “Yelo Bank”ın onun evini əlindən almaq istədiyini bildirib. Bank 2008-ci ildə manatla verdiyi krediti M.Hacıbəylidən dollarla tələb edir.

Tribunainfo.az apardığı araşdırma zamanı məlum oldu ki, “Yelo Bank”ın mənzilini əlindən almaq istədiyi təkcə M.Hacıbəyli deyil. Belə ki, sözügedən bank daha iki ailənin mənzilinin əlindən alınması üçün məhkəməyə müraciət edib.
Bankın qarşıdakı 30 gün ərzində məhkəmələrdə 131 çəkişməsi var. Onlardan əksəriyyəti mülki iş və kommersiya mübahisəsidir. İşlərin bir çoxunun mahiyyəti kredit müqaviləsi üzrə mübahisədir. İki iş isə sakinlərin mənzillərindən çıxarılması ilə bağldır. Bu işlərdən birinə Şəki Apellyasiya Məhkəməsində (27 fevral, hakim Elman İsayev), digərinə isə Gəncə Apellyasiya Məhkəməsində (27 fevral, hakim Loğman Süleymanov) baxılacaq.

Xatırladaq ki, “Yelo Bank”ın müştərilərinə qarşı qaldırdığı mənzildən çıxarılma tələbi ilə bağlı məhkəmə işləri ilk dəfə deyil. Banklar arasında müştəriləri ilə ən çox mənzil mübahisəsi yaşayan bank “Yelo Bank”dır.

Qeyd edək ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən