“Yelo Bank” bir ailəni məhkəmə yolu ilə mənzilindən küçəyə tökür. Bank ilin-günün bu vaxtında Bakı Apellyasiya Məhkəməsində iddia qaldıraraq mənzili boşaltmağı tələb edir. İşə iyulun 31-də hakim Fərrux Qasımov sədrlik edib. Bank Nağdalıyeva Səyyarə, Xəlilova Günel və Hacıquliyeva Səyyarə barəsində vəsatət verib. Artıq “Yelo bank” neçənci ailədir ki, evsiz-eşiksiz qoyur. Mərkəzi Bank, Maliyyə Nazirliyi, Banklar Asossasiyası Birliyi, məhkəmələr bu məsələdə susqunluq nümayiş etdirirlər. Faktiki olaraq, üç vətəndaşın adı keçir və bank onları mənzildən məhrum edir. Halbuki kredit, müqavilə, sənədləşmə prosesində hər şey dəqiq aparılmalı, vətəndaşın gəlirləri hesablanmalıdır.