“Yelo Bank” avqust ayı ərzində 7 ailəni evindən çıxarmaqla bağlı məhkəmədə iddia qaldırıb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Yelo Bank”ın narazı vətəndaşlarla məhkəmə çəkişmələri davam edir. Bankın bu ay ərzində 128 məhkəməsi var. Bu proseslərdən əksəriyyəti vətəndaşlar tərəfindən banka qarşı irəli sürülmüş ittihamlardır.
7 məhkəmə çəkişməsi isə “Yelo Bank” tərəfindən ayrı-ayrı ailələrə qarşı irəli sürülmüş mənzil mübahisəsidir. Bank 7 ayrı ailənin mənzilini əlindən almağa çalışır. Proseslər bankın xeyrinə tamamlansa, 7 ailə evsiz qalacaq.
Bankın evini əlindən almaq istədiyi vətəndaşlar bunlardır: Rəhimov Ruslan, İsmayılov Bəxtiyar, Əsədova Bədircahan,
Əsgərova Leylan və Mürsəlzadə Mürsəl, Hümbətova Elnara, Qurbanov Səhrəddin, Kərimova Nigar.
Hər bir işin mahiyyəti mənzildən çıxarılma olan proeslərə avqust ayı ərzində baxılacaq.