“Yelo Bank” 6 nəfərlik ailəni evindən küçəyə atır – Məhkəməbackend

“Yelo Bank” 6 nəfərlik ailəni evindən küçəyə atır – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” borcunu ödəyə bilməyən müştərilərin evini əlindən almağa davam edir. Bank daha bir ailəni evindən çıxarmaq üçün məhkəməyə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, bank 6 nəfərlik ailənin evindən çıxarılması ilə bağlı iddia qaldırıb. Onlar MƏMMƏDOVA SEVDA HAQVERDİ QIZI, MƏMMƏDOV HÜSEYN RASİM OĞLU, SADIXOVA NURANƏ RASİM QIZI, SADIXOV ƏJDƏR SALMAN OĞLU, MƏMMƏDOV ELÇİN HÜSEYN OĞLU, MƏMMƏDOV RASİM HÜSEYN OĞLUdur.
İşin mahiyyəti mənzil mübahisəsidir. İddia mənzildən çıxrılma üzrə qaldırılıb.
Abşeron rayon məhkəməsində baxılan işlə bağlı proses 19 noyabra təyin edilib. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır.

Qeyd edək ki, “Yelo Bank”ın İdarə heyətinin sədri Anar Həsənovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar