Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk vilayəti qubernatorunun administrasiyası və yerli hökumət binası təxliyə edilib.
Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk vilayəti qubernatorunun administrasiyası və yerli hökumət binası təxliyə edilib.
TİA.AZ Trend-ə istinadən xəbər verir ki, əməkdaşlar binadan çıxarıldıqdan sonra yoxlamalar aparılıb.
Təxliyənin səbəbi rəsmi olaraq açıqlanmasa da, bunun son həftələrdə davam edən anonim zənglərlə əlaqədar olması istisna edilmir.