Yekaterinburqda hərbi zavod yanır – VİDEO

Yekaterinburqda hərbi zavod yanır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yekaterinburq şəhərindəki “Vektor” hərbi zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın zavodun dam örtüyündə olub, sonra havalandırma sisteminə keçib.

Yanğının əhatə sahəsi hələ məlum deyil.

Müəssisənin əməkdaşları təxliyə edilib. Zavodda 300-400 nəfər işçi çalışır.

Qeyd edək ki, “Vektor” zavodu hərbi təyinatlı rabitə aparatları və radiolokasiya stansiyalarının istehsalında ixtisaslaşıb.