YƏHUDİLƏRƏ HƏR YERDƏ HÜCUMLAR ARTACAQ – EKSPERTbackend

YƏHUDİLƏRƏ HƏR YERDƏ HÜCUMLAR ARTACAQ – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda yəhudilərlə bağlı baş verən proseslər təsadüfi deyil. Bu bir presidentə yol açacaq. Biz yaxın günlərdə dünyanın müxtəlif yerlərində yəhudilərə qarşı belə addımların şahidi olacağıq.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib. O qeyd edib ki, İsrailin baş naziri Netanyahunun səhv qərarları Yaxın Şərqdə vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq:

“Burada toqquşan geosiyasi maraqlar da var. Proseslər Rusiya ilə ABŞ-ni də üz-üzə gətirir. Xüsusilə Suriya və digər Yaxın Şərq ölkələrində bu qarşıdurmanın yayılma ehtimal böyükdür.
Hesab edirəm ki, biz yaxın günlərdə belə bir prosesi müşahidə edəcəyik. Hazırda Suriyada ABŞ-nin müharibəni yaymaq cəhdləri hiss edilir. Pərdə arxasında məhz bu var. Bunlar həm qardaş Türkiyəni, həm də Rusiyanı təhdid edən məsələlərdir. Rusiyada yəhudilərə qarşı atılan bu addımlar İsrailin apardığı siyasətə adekvat siyasi reaksiyadır. Həmçinin İsrailin apardığı siyasətə təzyiq faktoru kimi önə çıxa bilər. Yaxın günlərdə dünyanın müxtəlif yerlərində yəhudilərə qarşı bu cür addımların atıldığının şahidi olacağıq və bu gözlənilən haldır”.