Füzulidə baş verən hadisə bir çox millətlərin də sərt reaksiyasına səbəb olub. Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsini qəti olaraq cinayət adlandırıb.

Publika.az-a danışan icma sədri millətindən asılı olmayaraq, bu əməli terrorizm adlandırıb və lənətləyib:
“Terroru lənətləyirik, onun milləti olmur. Terrora məruz qalan ilk millətlərdən biri biz olmuşuq. Bizim bu barədə mövqeyimiz açıqdır: ancaq və ancaq lənət. Azərbaycanda 90-cı illərdə böyük terror dalğası var idi. Metro və avtobuslar partladılırdı. İndi də ermənilərin törətdiyi terror buna bənzəyir. Bu beynəlxalq cinayətdir. Terrorçular cavabsız qalanda ayaq açıb yeriyə bilər. Ona görə Azərbaycanda yaşayan bütün azsaylı xalqlar buna öz mövqeyini ancaq və ancaq ləntətlə bildirməlidir.
Yəni dinindən asılı olmayaraq, terror lənətlənməlidir. Bütün səmavi dinlər bir Allaha qulluq edir. Allah hər şeyi bizim üçün, bizi də özü üçün yaradıb. Biz bir-birimizə hörmət etmiriksə, deməli Allaha hörmət etmirik.
Bunların hamısı torpaq davasıdır. Torpaq onların gözünə girmədikcə, onların gözü doyan deyil”.