“Bakının Ermənistana hücum etmək üçün heç bir əsası yoxdur. Çünki Paşinyan artıq Azərbaycanın altındadır”.
Tribunainfo.az xəbər verir ki, bunu İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.
Onun sözlərinə görə, Paşinyan hazırda Azərbaycanın bütün sözlərinə qulaq asır. “Paşinyan ondan tələb olunanları dərhal yerinə yetirir. O, son aylarda Azərbaycanın bütün tələblərini yerinə yetirib və bundan sonra da yerinə yetirəcək”.
Kedmi hesab edir ki, Azərbaycan daha çox şeyə nail ola biləcəyinə inanır. “Və buna görə də daha çox şey əldə etməyə çalışır. Bəzi güzəştlərin olması bəlkə də Azərbaycan üçün kifayət deyil. Onun daha çox imkanları var və buna nail ola bilər”.
İsrailli kəşfiyyatçı onu da deyib ki, Nikol Paşinyan Azərbaycana başqa məqsədlər üçün də lazımdır. “Paşinyan həm də ona görə lazımdır ki, Azərbaycan istədiyi vaxt onun başına qışqıra bilsin”.