Avropa İnsan Haqları Məhkəməsi (AİHM) özlərini “Yehovanın şahidləri” adlandıran bir qrup iddiaçının hüquqlarının pozulması səbəbi ilə Ermənistanı 12 min avro cərimələyib.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) özlərini “Yehovanın şahidləri” adlandıran bir qrup iddiaçının hüquqlarının pozulması səbəbi ilə Ermənistanı 12 min avro cərimələyib.
TİA.AZ xəbər verir ki, bu barədə erməni mediası informasiya yayıb.
İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının 34-cü maddəsinə əsasən, 4 Ermənistan vətəndaşı (Artur Adyan, Qaregin Avetisyan, Arutyun Xaçatryan və Vaaqn Marqaryan 2011-ci il dekabrın 6-da) Avropa Məhkəməsində Ermənistan Respublikasının əleyhinə iddia qaldırıblar. İddiaçılar AİHM-ə barələrində verilən məhkəmə qərarlarının qanunla ziddiyyət təşkil etməsi və nəticələrin məhkəmələrin stereotipik arqumentlərinə əsaslanmasına görə şikayət ediblər.
2011-ci ilin may və iyun aylarında iddiaçılar hərbi xidmətə çağırılıblar. Təyin olunan vaxtda hərbi xidmət keçmək üçün hazır olmayan “Yehovanın şahidləri” bunun əvəzinə silahlı qüvvələrin yerli strukturlarına və regional prokurorluğa məktubla müraciət edərək, hərbi və ya alternativ xidmət aparmaqdan imtina ediblər. Onlar “Yehovanın şahidlər”i olduqlarını bildiriblər. “Alternativ Xidmət haqqında Qanunu” öyrəndikdən sonra Avropa standartlarına əsasən təklif olunan hərbi xidmətin mülki xarakter daşımadığı qənaətinə gəliblər. Buna səbəb kimi isə həmin prosesə hərbi hakimiyyətin rəhbərlik etməsi göstərilib.
İddiaçılar Ermənistanda günahkar hesab edilərək həbs olunublar. 2012-ci ildə Apelyasiya Məhkəməsi onların şikayətlərinə baxmaqdan imtina edib. Onlar 26-27 aylıq həbsdən sonra 2013-cü ildə əfv olunublar.