“Yeddi gözəl” yaşayış kompleksində bədbəxt hadisə: FƏHLƏ ÖLDÜ

“Yeddi gözəl” yaşayış kompleksində bədbəxt hadisə: FƏHLƏ ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.

TİA.AZ report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.

Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.