Yazıçı İvan Turgenevin ev-muzeyi yanıb külə döndü

Yazıçı İvan Turgenevin ev-muzeyi yanıb külə döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Turgenevin ev-muzeyində yanğın baş verib.

Xilasedicilər yanğını söndürüblər, muzeydən 7 nəfər təxliyə edilib, xəsarət alan yoxdur.

Məlumata görə, yanğın muzeyin zirzəmisində başlayıb. Yanğının səbəbləri məlum deyil.

Bildirilir ki, bu ev 1819-cu ildə taxtadan tikilib. 2009-cu ildə həmin yerdə Turgenevin ev-muzeyi fəaliyyətə başlayıb.