Dekabrın 12-də səhər saatlarında yazıçı Frederik Beqbeder Fransanın cənub-qərbindəki Pau şəhərində polis bölməsinə çağırılıb. O, mahiyyəti açıqlanmayan iş üzrə ibtidai istintaq çərçivəsində dindirilir.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, cinayət işlərinə nəzarət edən şəhər prokuroru Rodolf Jarry əlavə şərh verməkdən imtina edib.
Qeyd edək ki, Frederik Beqbeder “Komadakı tətil” (1995), “Məhəbbət üç il yaşayır” (1997), “Ecstaz haqqında hekayələr” (1999), “99 frank” (2000) romanlarının müəllifidir. O, 2000-ci illərin əvvəllərində yazıçılar Mişel Uelbek və Lola Lafonun romanlarını nəşr etdirən Flammarion nəşriyyatında redaktor vəzifəsində çalışıb.