Müqəddəs Valentin günü hər il fevralın 14-də dünyanın əksər ölkələrində qeyd edilir. Yarım min ildən çoxdur ki, milyonlarla insan bir-birilərinə sevgilərini etiraf edirlər, hədiyyələr alırlar.
Gəlin görək bizim yazıçılar bu bayramı necə qeyd edir.
Tribunainfo.az-a açıqlama verən yazarlar bayramı necə qeyd edəcəklərini bölüşdülər.
Sahilə Yaya
Biz bu günü bəzən keçirdirik, bəzənsə keçirtmirik. Çünki dekabrın 24-ü bizim evlilik günümüzdür. Həmişə o günü qeyd edirik, hədiyyə alırıq bir-birimizə. Həmişə ikilikdə səyahətə gedirik. Ondan sonra da bizim ailədə ad günləri başlayır. Ona görə də fevralın 14-nə nə mənəvi nə də maddi resursumuz qalmır. Bunu da qeyd etməyə taqətimiz qalmır. Amma maksimum görsək ki, yaxşıyıq, gümrahıq, gedirik harasa restorana. Amma düşünürəm ki, bu gün getməyəcəyik. Ancaq yoldaşım çox yaxşı bir iş görəcək. Onun bir əməkdaşı var. Ailəsi sıxıntılıdır. O, deyib ki, axırıncı dəfə yoldaşımı harasa dəvət etdiyim yadımda deyil. Ailəsində həm xəstə var, həm də maddi problemləri var. Ona görə də yoldaşım bu yaxınlarda ona restoran axtarırdı ki, onu yoldaşı ilə birgə göndərsin sevgililər gününə. Bu da mənim çox xoşuma gəldi. Düşünürəm ki, onun bu jesti mənim üçün də hədiyyə oldu. Ona görə də bu bayrama prinsipial yanaşmırıq. Amma yenə də, əgər insanlar belə bir günü qeyd edirlərsə mən bunu alqışlayıram.
Sevinc Elsevər
Xüsisi qeyd etmirik biz. Sevginin günü yoxdur bizimçün.
Sevənə hər gün sevgililər günüdür, necə ki dəliyə hər gün bayramdır.
Nərmin Dadaşova
Bu günün mənə aid olduğunu hiss etmirəm, mənim üçün xatirəsi yoxdur, yaşanmışlığı yoxdur. Bu günü ifadə edən başqa günlər var.
Əgər hansısa yaşantı ilə iz qoymursa həyatında, hadisə yoxdursa o günü xatırladan, əhəmiyyətini itirir mənə görə.
Əsəd Qaraqaplan
Hazırda işdəyəm və axşama hələ çox var. Hər şey ola bilər, heç nə də.
Hər zaman özəl günləri sevmişəm, çünki bunlar insan həyatıda çox olmur. Olanda da həm də bəhanədir, gərək maraqlı edəsən. Belə günlər mənə ilk insanların əmək bayramlarını xatırladır. Onda da insanlar ağır əməkdən sonra hansısa günü bəhanə – bayram edib o əməyin ağırlığından xilas olmağa çalışırdılar. Bu gün də belə bir gündür – bütün nifrətlərdən, ağrı-acılardan, neqativ şeylərdən xilas olmaq üçün bəhanə. “Sevginin günü yoxdur” deyirlər, ancaq görünür, çox da elə deyil. Bəzən fasilə verib nəfəs dərmək və öz içinə boylanmalısan ki, ordakı sevgini görəsən. Baxasan, nə qədər sevirsən, ümumiyyətlə, sevə bilirsənmi? Buna da belə günlər şərait yaradır.
Mənə gəlincə, hərdən sevmədiyimi, sevə bilmədiyimi düşünəndə belə bayramlara daha çox ehtiyac duyuram. O özəlliyi hiss eləmək gözəl bir şeydir.
Açığı, planlı biri deyiləm deyə, qeyd eləmək və ya qeyd eləmək haqqında dəqiq fikrim yoxdur. Məndən olsa, edərəm, ancaq bu tək nəfərlik bir şey deyil axı. Qarşı tərəfdən gözəl bir siqnal gəlsə, günü gözəl bitirmək olar.
Dəniz Pənahova