Mövsümi dəyişiklik ilə əlaqədar baş verən yorğunluğun qarşısını almaq və immunitet sistemini gücləndirmək üçün çoxlu vitamin, mineral tərkibli qidalarla qidalanmaq lazımdır.
Mövsümi dəyişiklik ilə əlaqədar baş verən yorğunluğun qarşısını almaq və immunitet sistemini gücləndirmək üçün çoxlu vitamin, mineral tərkibli qidalarla qidalanmaq lazımdır.
Mütəxəssislər yaz aylarında vitamin, protein və dəmir tərkibli qidaları süfrənizdən əksik etməməyi deyirlər. Zəifləyən immunitet sistemini gücləndirmək üçün cəfəri, bibər, soğan, kərəviz və brokoli kimi tərəvəzlər, çiyələk və kivi kimi C vitamini tərkibli meyvələrdən çoxlu yemək lazımdır. Mövsüm dəyişikliyi ilə əlaqədar artan stressi azaltmaq üçün B vitamini ilə zəngin yaşıl yarpaqlı tərəvəzlər, ət və süd məhsulları istehlak edilməlidir. Dəniz məhsulları, taxıllar, yumurta, brokoli, kələm, göbələk və turp yaxşı bir vitamin qaynağıdır.
Mütəxəssislər deyir ki, fındıq, badəm, qoz kimi yağlı toxumlular da maqnezium, selenyum və sink baxımından olduqca zəngindir. Yerkökü və balqabaq A vitamini və beta-kerotinlə zəngindir.
Sarımsaq və soğan isə antimikrobial və antiviral tərkibi ilə xalq arasında bilindiyi kimi antibiotik təsirə malikdir.
Hərəkətsizlik və qidalanma ilə bağlı olaraq əmələ gələn bağırsaq problemlərini minumuma endirmək üçün mütləq probiotik qidalara yer verilməlidir. Qatıq, kəfir, turşu önəmli probiotik qaynağıdır. Həmçinin probiotiklər immunitet sisteminin gücləndirilməsində olduqca təsirlidir.