Yayın ilk günü Rusiyaya yenə qar yağdı

Yayın ilk günü Rusiyaya yenə qar yağdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ekaterinburq şəhərində iyunun 1-ə keçən gecə qar yağıb.

TİA.AZ-ın məlumatına görə, sinoptiklər buludlu hava şəraiti olacağı barədə məlumat versələr də, qarın yağması sakinlər üçün gözlənilməz olub.

Qar bir saat ərzində fasiləsiz yağıb. Gecə havanın temperaturu -4 və – 9 arasında dəyişib.

Bugünkü proqnoza görə, Rusiyanın bu şəhərində arabir yağış gözlənilir.

Qeyd edək ki, ötən gün Rusiyanın Kirov şəhərinə də qar yağmışdı.