Yayın ən ucuz və ən bahalı istirahət məkanları buradır – ARAŞDIRMA

Yayın ən ucuz və ən bahalı istirahət məkanları buradır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yay həm sərvətlə, həm də az büdcə ilə unudulmaz istirahət planlaya bilərsiniz. Lüks otellərdə spa, dəniz və wellness təcrübəsi almaq istəyirsinizsə – seçiminiz Qafqaz Resortları, Lənkəran Springs, Dalğa Beach və Şahdağ ola bilər. Daha sadə, təbii və sərfəli vaxt keçirmək üçün Azərbaycanın rayonlarında kamp, termal, piknik və çimərlik daha uyğun olar.

Tribunainfo.az-ın araşdırmasına əsasən, ucuz və təbii istirahət üçün Qax, Zaqatala, Masallı kimi bölgələrdə çadır qurmaq və kənd evlərində qalmaq cəmi 5-25 manata başa gəlir.

Bakının Şüvəlan və Bilgəh çimərlikləri, eləcə də ictimai parklar da pulsuz və ya minimal ödənişlə dincəlmək istəyənlər üçün ideal seçimlərdəndir.

Dəniz Pənahova