Hər dəfə deyirik, amma heç kəs əməl etmir. Sonra da hansısa epidemiyanın yayılmasından şikayət edirlər. Yayılmaqda olan virusa yoluxmamaq üçün ən yaxşı yol özünütəcriddir.
Tribunainfo.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, xəstə uşaqlar bağçaya və məktəbə aparılmamalıdır:
“İstənilən respirator virusdan qorunmağın ilk şərti özünütəcriddir. Amma etmirik. Bağça və məktəblərdə kifayət qədər xəstə uşaqlar var. İlk yardım kimi qızdırmasalıcılardan istifadə etmək olar. Antibiotikləri həkim təyinatı olmadan vermək düzgün deyil. Hər il deyilir, amma əməl etmirik, sonra da epidemiyadan qorxuruq”.
Nigar