YAYILMAQDA OLAN QIZILCA XƏSTƏLİYİNDƏN UŞAQLARI NECƏ QORUYAQ? – PEDİATR

YAYILMAQDA OLAN QIZILCA XƏSTƏLİYİNDƏN UŞAQLARI NECƏ QORUYAQ? – PEDİATR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar arasında qızılca və suçiçəyi xəstəliyi artmaqdadır. Valideynlər mümkün qədər bunu nəzərə alsın. İmmuniteti zəif uşaqları xüsusilə qorumaq lazımdır. Qızılcanın ağırlaşmasından qorunmaq üçün ən ideal vasitə peyvənddir.

Bu sözləri Tribunainfo.az-a pediatr Elnurə Qurbanova bildirib. O qeyd edib ki, qızılca xəstəliyində ağırlaşmaların nəticəsi pis olur:

“Qızılca ağır xəstəlikdir. Hansı uşağın bu xəstəliyi neçə keçirəcəyini əvvəlcədən bilmək mümkün deyil. Qızılca peyvəndi mütləqdir. Uşağı qoruyur. Peyvənd olunan uşaqlar çox vaxt yoluxmur, yoluxduğu zaman da ağır keçirmir.
Bu xəstəliyin ağır nəticələri olur. Pnevmaniya yaranır, konniktuvit korluq olur. Ölümlə nəticələnən hallar da olub. Bunu həkim əvvəlcədən müəyyən edə bilməz ki, uşaq bu xəstəliyi necə keçirəcək. Ona görə də bütün həkimlər qızılca peyvəndini məsləhət görür”.