Yayda yaxşı yuxu üçün 6 məsləhətbackend

Yayda yaxşı yuxu üçün 6 məsləhət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havalar isindikcə yatmaq çox çətinləşib. Yayın isti gecələrində yuxu keyfiyyətinizi yaxşılaşdırmaq üçün bədən istiliyinizi tarazlaşdırmaq lazımdır. Tribunainfo.az NTV-yə istinadən iqsti havada yaxşı yuxu üçün mütəxəssislərin tövsiyələrini təqdim edir.

Pensilvaniya Universitetindən Filip Qerman bildirib ki, otaq temperaturunu aşağı salmaqla və müxtəlif ventilyatorlar, soyuducular və kondisionerlərlə yaxşı tənzimləməklə dərin yuxuya getmək olar.

“Sərin yataq otağında daha dərin və sağlam yata bilərsiniz”, – deyib.

Şimal-Qərb Universitetinə bağlı Northwestern Medicine xəstəxanasından Castin Fiala, otaqlardakı hava axınının yuxu keyfiyyəti üçün vacib olduğunu bildirdi.

Castin Fiala, həddindən artıq istidə çox tərləyən insanların itirdikləri mayeni kompensasiya etmələrinin vacib olduğunu ifadə etdi.

Fiala deyib ki, hər kəs çarpayısının yanında bir şüşə su saxlamalıdır.

Mütəxəssislər yüngül və nazik materiallardan hazırlanmış çarşaf və yay yorğanlarının bədən istiliyinin tənzimlənməsi üçün vacib olduğuna diqqət çəkiblər.

Soyuq su ilə duş qəbul etmək bədən istiliyini azaltmaqda faydalı olsa da, yuxu keyfiyyətinə birbaşa təsir göstərməyə bilər.

Fiala, yatmazdan əvvəl soyuq suyun bədəndə şok effekti yarada biləcəyini və dərin yuxuya getməyi çətinləşdirə biləcəyini ifadə etdi.

Qaranlıq pərdələr kimi seçimlərlə gün ərzində yataq otağına çox işığın daxil olmasının və otağın isinməsinin qarşısını ala bilərsiniz.