YAYDA QİDA ZƏHƏRLƏNMƏLƏRİNƏ DİQQƏT… BUNLARI YEMƏYİN!

YAYDA QİDA ZƏHƏRLƏNMƏLƏRİNƏ DİQQƏT… BUNLARI YEMƏYİN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsti havalarda tez-tez rastlanan sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir. Ölümə belə yol açan bu gizli təhlükəyə qarşı necə mübarizə aparmaq lazım olduğunu bilmir.

Tribunainfo.az yazır ki, qida zəhərlənməsi yeyilən qidanın tərkibindəki bəzi mikroorqanizm və zəhərlərin (toksin) olması nəticəsində ortaya çıxır. Bundan başqa yeməyin metal və bəzi kimyəvi maddələrlə təmas etməsi zəhərlənməyə səbəb olur. Bəzi qidaların özü də zəhərli ola bilər.
Qida zəhərlənməsi əsasən yay aylarında yaşanır. Ət və süd məhsulları, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad kimi qidalardan dolayı zəhərlənmə ortaya çıxır. Yay aylarında mümkün qədər belə qidalardan qaçmaq laızmdır.

Zəhərlənmə zamanı ürək bulanma, qusma, qarın ağrısı, ishal kimi şikayətlər çox yaşanır. İshal qoxusuz və qansız olur. Qızdırmanın yüksək olması ciddi qida zəhərlənməsinə işarədir.
Qida zəhərlənməsi çox vaxt 2-3 gün içində yaxşılaşır. Yüksək qızdırma, qanlı ishal və şiddətli qarın ağrısı varsa, antibiotik istifadə edilə bilər.
Sadə zəhərlənmələrdə antibiotiklərə ehtiyac yoxdur. Qusmaq üçün də dərman istifadə etmək olmaz.

Yay aylarında belə hallarla qarşılaşmamaq üçün açıqda satılan qidalardan və sulardan uzaq durmaq lazımdır. Qoxusu, rəngi dəyişmiş, kiflənmiş qidaları yemək qəti qadağandır.