Müharibənin başlanmasına beynəlxalq siyasi şərait imkan verirsə, bu barədə proqnoz vermək olar.
Müharibənin başlanmasına beynəlxalq siyasi şərait imkan verirsə, bu barədə proqnoz vermək olar.
Bunu Şərq.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
O bildirib ki, Azərbaycanda hazırda beynəlxalq layihələr keçirilir. Bu da yaxın günlərdə Azərbaycanın müharibə etməsinə imkan vermir:
“Hələ gözləməliyik. Yaxın günlərdə bunu başlamaq olmaz. Əgər xarici qonaqlar gəlib görsələr ki, müharibə vəziyyətidir, onlar imtina edərlər. Ona görə də vaxtı deyil. Amma bu başqa məsələdir ki, ermənilər hər gün təmas xəttində təxribat elementlərini gücləndirirlər. Yəqin ki, yaxın vaxtlarda ermənilər yenə təxribat planlaşdırırlar. Cəbhədə baş verən son hadisələr də bunu göstərir. Amma onlar bilsinlər ki, bu dəqiqə təxribata başlasalar, yerindəcə zərbə alacaqlar. İyuldan sentyabr ayına qədər erməni təxribatının qarşısını almaq üçün əks əməliyyatlara başlanıla bilər”.