Yayda bədənin bu qidalara ehtiyacı var – HƏKİM MƏSLƏHƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər yay aylarında insanların yediklərinə və içdiklərinə diqqət etməli olduğunu vurğulayır. 

Mütəxəssislər yay aylarında insanların yediklərinə və içdiklərinə diqqət etməli olduğunu vurğulayır.

Həkim Əmrah Tunç yayda bədənin ehtiyacı olduğu vitaminləri qarşılamaq üçün istifadə etməli olan qidaları açıqlayıb.

E vitamini

Vacib antioksidant olan E vitamini hüceyrə yenilənməsində, dəri və saç sağlamlığında olduqca önəmli yerə sahibdir. Eyni zamanda, istehsal funksiyaları və damar sağlamlığı üzərində də müsbət təsirləri var.

E vitamini hansı qidalarda var?

Başda fındıq və badam olmaqla bir çox çərəz növü, yaşıl zeytun, qırmızı bibər, soya lobyası, qulançar E vitamini ilə zəngindir.

D vitamini

Sümük inkişafı və maddələr mübadiləsi üzərində böyük təsiri olan D vitamini əksikliyi zamanı halsızlıq və sümük ağrıları əmələ gələ bilər. İmmunitet sistemi üzərində önəmli təsiri olan D vitamini əksikliyi irəli yaşlarda uşaqlarda raxit, osteoporoz kimi xəstəliklər meydana gətirə bilər.

D vitamini hansı qidalarda var?

Süd, yağlı balıq və dəniz məhsulları D vitamini ilə zəngindir.

A vitamini

Yay aylarnda günəşdən gələn ultrabənövşəyi şüalar hüceyrələrimizə zərər verəcək dəri qırışıqlıqlarına və erkən yaşlanmağa səbəb ola bilər, hətta dəri xərçəngi kimi önəmli sağlıq probleminə gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün yay aylarında D, E, A vitaminləri almaq vacibdir.

A vitamini hansı qidalarda var?

Pomidor, yemiş, balıq, yerkökü, qaraciyər, qırmızı ət, yumurta A vitamini ilə zəngindir./metbuat.az