YAY XƏSTƏLİKLƏRİ – UŞAQLARI NECƏ QORUYAQ?

YAY XƏSTƏLİKLƏRİ – UŞAQLARI NECƏ QORUYAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayda uşaqlar daha çox küçədə, dənizdə, hovuzda, yaşıllıqda vaxt keçirirlər. Bu uşaqçun ən gözəl istirahət növü və sağlamlıq olsa da, bəzi xəstəliklərə tutulma riskini də artırır.

Tribunainfo.az yazır ki, yay fəslinin də özünəxas zəstəlikləri var və uşaqları bundan orumaq lazımdır.

Yay səpkiləri – İsti havalar uşaqlarda səpkilərin yaranmasına səbəb ola bilər. Səpki tər vəzlərinin tıxanması nəticəsində qaşıntı, dəridə xəfif qabarıqlarla dəri tökülməsi formasına özünü göstərir. Səpkilərin qarşısını almaq üçün tez-tez duş qəbul edilməsi lazımdır. Dəri yaxşı havalandırılmalıdır.

Pişməcə – yayda bu problemə körpələrdə dah çox rast gəlinir. Bezin təması nəticəsində qırmızı rəngli qabarıqlar yaranır. Pişməcənin qarşısını almaq üçün bezlər tez-tez dəyişdirilməlidir. Bez dəyişdirilərkən körpə bir saata yaxın bezsiz szlanılmalıdır.

İshal – əsasən infeksiyalar səbəb olur. İshal ən çox beş yaşadək uşaqlarda olur. Yüngül ishal zamanı ev şəraitində müalicə tətbiq olunur. Bu zaman bir müddətə ana südünü alma püresi, yoğurt, ayran kimi qidalarla əvəz etmək olar. Orta dərəcəli ishal zamanı xəstəxanada ağız yolu ilə maye müalicəsi edilir. Müalicədən 4-6 saat sonra normal qidalanmaya qayıtmaq olar.

Günəş yanıqları – Yay aylarında günəş altında çox qaldıqda dəridə qızarıqlar və su dolu qabarcıqlar əmələ gəlir. Günəş yanıqlarının qarşısını almaq üçün uşaqları saat 11-dən 16-ya qədər günəşdən uzaq tutmaq gərəkdir. Həmçinin, uşaqlara açıq rəngi, pambıq paltarlar geyindirilməlidir. Uşaqları yanıqlardan qorumaq üçün günəş kremi istifadə edilməlidir.

Həşarat sancması – Həşarat sancarkən sancılan bölgəyə soyuq kompres və buz tətbiq olunmalıdır. Ağrı qalıbsa, ağrıkəsici istifadə etmək olar.

Burun qanamaları – Bəzi uşaqlarda istinin təsiri ilə burun qanaxması olur. Tənəffüs yolu xəstəsi olan uşaqlarda burun qanamaları ciddi səviyyələrdə ola bilər. Günəşdən dolayı burun qanaması zamanı soyuq suyla müdaxilə edilməli, burun təmizlənməli və kənarlarına yüngül təzyiq tətbiq olunmalıdır.

Sidik yolu iltihabı – Dənizdə və ya hovuzda idrar yoluna infeksiya keçməsi nəticəsində uşağın sidik kanalında tutulma yarana bilər. Bu xəstəlik böyrək problemlərinə də gətirib çıxarır. Erkən müalicə yaxşı nəticə verir.