ABŞ-ın paytaxtı Vaşinqtonda orta məktəblərdən birinin direktoru şagirdlərə maraqlı təklif edib.
ABŞ-ın paytaxtı Vaşinqtonda orta məktəblərdən birinin direktoru şagirdlərə maraqlı təklif edib.
Direktorun təklifinə əsasən əgər şagirdlər yay tətili zamanı bütün mobil cihazlardan imtina etsələr, onda məktəb tərəfindən onlara 100 dollar pul mükafatı veriləcək.
Bunun üçün məktəbin şagirdlərinə xüsusi hazırlıq da keçirilib. Əvvəlcə onlara yalnız həftənin bir günü bu qurğulardan uzaq olmaq təklif edilib.
Məktəb direktorunun sözlərinə görə, illər ötdükcə bu sahədə vəziyyət pisləşir. Şagirdlər internet qarşısında həddindən artıq zaman keçirməyə başlayıblar.
Bütün valideynlər direktorun bu təklifinə müsbət yanaşıblar.