Yay gəldi, suda boğulmalar başladı – İki nəfərin cəsədi tapıldı

Yay gəldi, suda boğulmalar başladı – İki nəfərin cəsədi tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayon sakini 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlu Qarabağlar kəndi ərazisindəki su kanalında batıb.

TİA.AZ FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun axtarışları nəticəsində onun cəsədi tapılıb.

Şəmkirdə Düz Cırdaxan kəndi ərazisindəki süni göldə isə 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu boğulub.

Hər iki şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.